2025-ci ildə bitkoin “rəqəmsal qızıl” kimi — inflyasiyadan və fiskal israfçılıqdan qorunma vasitəsi kimi təqdim edilirdi.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, spot bitcoin ETF-lərinə rekord həcmdə — 90 milyard dollar vəsait cəlb olunmuş, tokenin qiyməti isə 125 min dollara qədər yüksəlmişdi.
Lakin son satış dalğasından sonra kriptovalyuta yüksək leverec (borc vəsait) və risk asılılığını nümayiş etdirdi: cəmi bir sutkadan az müddətdə təxminən 19 milyard dollar dəyərində aktivlər satılıb. Bitkoin ucuzlaşdığı halda, qızıl 4 250 dollara qədər bahalaşaraq “təhlükəsiz liman” statusunu bir daha təsdiqlədi.
Ekspertlər bildirirlər ki, bitkoin hələ də dəyişkən və yüksək riskli aktiv olaraq qalır, qızıl isə qiymət dalğalanmaları az olan sabit artım nümayiş etdirir.
Agentlik yazır ki, “Rəqəmsal qızıl” arzusu hələ yaşayır, amma hər böhran onun məhdudluğunu bir qədər də açıq göstərir.