8 C
Baku
Sunday, December 22, 2024

“Kristal Abşeron” MTK-ya 3 min manatadək cərimə protokolu yazılıb

“Kristal Abşeron” MTK məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb İctimai Qayda, İctimai Təhlükəsizlik və İctimai Mənəviyyat Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “Kristal Abşeron” MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə protokol tərtib olunub.

Xatırladaq ki, həmin maddəyə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1 000 manatadək məbləğdə, hüquqi şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatındadır.

Son xəbərlər
Digər xəbərlər