10 C
Baku
Saturday, November 23, 2024

Kristian Lindner:”Qlobal iqtisadiyyat staqflyasiya təhlükəsi altındadır”

Qlobal iqtisadiyyat getdikcə daha çox 1970-ci illərin sınaqlarını xatırladan staqflyasiya təhlükəsi altındadır və bu, Ukraynadakı müharibənin nəticələrinin öhdəsindən gələn qlobal maliyyə liderləri üçün problemdir.

Banker.az xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner bəyan edib.

“Ukraynadakı müharibənin iqtisadiyyat üçün əlavə nəticələri var. Bu, inflyasiyanın artması və pandemiyadan çıxış sürətinin azalması deməkdir. Staqflyasiya ssenarilərindən qaçmaq üçün nə edə biləcəyimizi müzakirə etməli olacağıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, staqflyasiya inflyasiya ilə eyni vaxtda istehsalda durğunluğun baş verdiyi iqtisadiyyatın böhran vəziyyətidir.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər