Beşqat “Qızıl top”un sahibi, portuqaliyalı idmançı Kriştiano Ronaldo karyerasını sonlandırmağı düşünür. Bu barədə “Team Talk” portalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ronaldo hazırda hadisələrin inkişafı üçün üç variantı nəzərdən keçirir. Portuqaliyalı futbolçu “Əl-Nəsr” ilə müqaviləsini uzada bilər. Eyni zamanda Ronaldo Portuqaliyaya qayıtmağı və ya karyeranı sonlandırmağı istisna etmir.
Qeyd edək ki, Ronaldonun ən böyük arzusu 2026-cı il dünya çempionatında millidə iştirak etməkdir, lakin “Əl-Nəsr” Çempionlar Liqasını qazansa, idmançı karyerasını daha erkən bitirə bilər.
Ronaldo rəsmi oyunlarda 900 qol vuran ilk futbolçudur. O, beş dəfə “Qızıl top” mükafatını alıb. 2022-ci ilin dekabrında Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu ilə 2.5 illik müqavilə imzalayıb.