26 C
Baku
Saturday, July 27, 2024

Kriştianu Ronaldu İngiltərədəki 4 mln. dollarlıq malikanəsini satıb

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İngiltərədəki evini satıb.

34 yaşlı hücumçunun Çeşir qraflığındakı malikanəsinə 3.25 milyon funt sterlinq (4 milyon dollardan çox) ödənilib. Portuqaliyalı ulduz həmin evi 2008-ci ildə 3.9 milyon funt sterliqə alıb.

Malikanə futbolçuya lazım olan bütün imkanlarla təchiz olunub. Orada qapalı hovuz, sauna ilə yanaşı, böyük idman zalı da mövcuddur. Evin yeni sahibi hər birində özəl hamam olan 5 yataq otağından istifadə edə biləcək.

ronaldo 3170933kRonaldu İspaniyaya köçməzdən öncə bu evdə bir ildən az müddətdə yaşayıb.

Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” klubundan İspaniya “Real Madrid”inə transfer olunub. 2018-ci ildə isə o, “Yuventus”a keçib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər