Kritik informasiya infrastrukturu obyektlərinin siyahısı hazırlanacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.
Nazirlər Kabineti kritik informasiya infrastrukturu obyektlərinin siyahısını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.