Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə KTMT-nın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, təşkilatın missiyası İrəvanda işə başlayıb. KTMT missiyasına təşkilatın işçi orqanlarının əməkdaşları olan təşkilata üzv dövlətlərin nümayəndələri daxildir.
Xatırladaq ki, nümayəndə heyəti Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti öyrənmək üçün Ermənistana gəlib.