19 C
Baku
Friday, May 3, 2024

KTMT Ermənistanın üzvlükdən çıxması ilə bağlı xəbəri təkzib edib

İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb.

Bu barədə KTMT-dən bildirilib.

Qeyd olunub ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan France24-ə müsahibəsində ölkəsinin KTMT-də iştirakını dondurduğunu açıqlayıb.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər