KTMT, MDB və ŞƏT baş katibləri Moskvada görüşəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Müstəqil Dövlətlər Birliyi (MDB) baş katibləri noyabrın 16-da Rusiyanın paytaxtı Moskvada görüşəcəklər.

Bu barədə KTMT-nin rəsmi internet səhifəsində bildirilib.

Qeyd olunub ki, keçirilməsi nəzərdə tutulan 10-cu qeyri-rəsmi görüşdə KTMT-nin Baş katibi Stanislav Zas, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev və ŞƏT Baş katibi Çjan Min iştirak edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər