KTMT missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifi qüvvədədir.
Bunu KTMT-nin Baş katibi Stanislav Zas bildirib.
“Əgər İrəvan bunu lazım hesab etsə, KTMT-nin missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi təklifləri qüvvədədir”, – Baş katib vurğulayıb.
Baş katib KTMT-nin kontingentini genişləndirilməyi planlaşdırmadığını da qeyd edib. Onun sözlərinə görə, mövcud kontingent kifayət qədərdir.