Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas yanvarın 11-də Qazaxıstana gedəcək.
RİA “Novosti” verdiyi xəbərə görə, bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Stanislav Zas deyib.
“Vəziyyəti yerində öyrənmək, komandan, Qazaxıstan prezidenti ilə görüşmək üçün sabah ora uçacağam”, – Baş katib bildirib.