17 C
Baku
Tuesday, May 21, 2024

KTMT-nin sessiyasında Ermənistandakı missiyanın işinin yekunları müzakirə ediləcək

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyasının keçirilməsi məsələsi üzərində iş gedir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə KTMT qüvvələrinin Ermənistanda yerləşdirilib-yerləşdirilməyəcəyi ilə bağlı suala cavabında bildirib.

Onun sözlərinə görə, KTMT-nin keçirilməsi planlaşdırılan növbədənkənar sessiyasında təşkilata üzv ölkələrin liderlərinin videokonfrans rejimində KTMT-nin Ermənistandakı missiyasının işinin yekunlarını müzakirə edəcəkləri güman olunur.

Zaxarova KTMT liderlərinin İrəvana yardımın göstərilməsi ilə bağlı birgə tədbirlərlə bağlı təkliflərə baxacaqlarını söyləyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər