26 C
Baku
Saturday, July 27, 2024

KTMT-nin yeni baş katibi işə başladı – Türk dövlətinin təmsilçisidir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi İmanqali Tasmaqambetov yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb.

Qazaxıstan təmsilçisi bu postda belaruslu həmkarı Stanislav Zası əvəz edib.

İmanqali Tasmaqambetovun KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar 2022-ci il noyabrın 23-də Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında qəbul edilib.KTMT-nin baş katibi üç il müddətinə təyin edilir.İmanqali Tasmaqambetov 1956-cı il dekabrın 9-da Qazaxıstanda anadan olub. Bu illər ərzində o, Qazaxıstanın dövlət katibi, baş nazir, müdafiə naziri, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı səfiri idi. Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktorudur.KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.

Son xəbərlər
Digər xəbərlər