11 C
Baku
Monday, November 25, 2024

KTMT Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməyəcəklər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələr Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etməyəcəklər. Çünki bu, təşkilatın məsuliyyət sahəsinə daxil deyil.

Bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.

Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü, onların suverenliyi və dinc mövcudluğu prinsiplərindən çıxış edir.

Bu mənada Aybek Smadiyarov KTMT ölkələrinin Ukraynaya qarşı vuruşmayacağını bəyan edib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər