Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) icra orqanlarının rəhbərləri – Sergey Lebedev, Stanislav Zas və Çjan Min noyabrın 16-da Moskvada görüşəcəklər.
Bu barədə Rusiya mətbuatı məlumat verib.
Onların təşkilatların qarşılıqlı fəaliyyətini və Avrasiya məkanında təhlükəsizlik məsələlərini müzakirə edəcəkləri bildirilir.