25 C
Baku
Saturday, July 27, 2024

KTMT təlimlər üçün yeni ölkə axtarır

Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Birləşmiş Qərargahına ittifaqın “Sarsılmaz Qardaşlıq-2023” hərbi təlimlərinin ölkə ərazisində keçirilməsinin məqsədəuyğun olmadığı barədə məlumat təqdim edib.

Bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat katibi Vladislav Şeqrikoviç məlumat verib.

O qeyd edib ki, KTMT təlimin digər ölkələrdə keçirilməsi imkanlarını araşdırır.

“KTMT-nin Birgə Qərargahı hazırda təşkilatın digər üzv dövlətlərinin ərazisində təlimin keçirilməsinin mümkünlüyü ilə bağlı təkliflər hazırlayır və 2023-cü il üçün KTMT-nin kollektiv təhlükəsizlik sisteminin komanda və nəzarət orqanlarının, qüvvə və vasitələrinin birgə təlimi Planını dəqiqləşdirir”, – Şeqrikoviç bildirib.

Yanvarın 1-də Rusiya Müdafiə Nazirliyi Ermənistanda KTMT-nin “Sarsılmaz qardaşlıq-2023” təlimləri keçiriləcəyini açıqlayıb . Bu gün, yanvarın 10-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə ərazisində təlimin keçirilməsi məqsədəuyğun hesab edilməyib.

Son xəbərlər
Digər xəbərlər