20.5 C
Baku
Tuesday, May 20, 2025

Kuba bankları “Mir” kartlarını buraxmağa başlayır

Kuba Mərkəzi Bankının rəhbəri Xuana Lilia Delqado Portal yerli bankların Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını buraxmağa başlayacağını açıqlayıb. O, bu barədə “İzvestiya” qəzetinə məlumat verib. Xanım Delqado Portalın məlumatına görə, Rusiya və Kuba ticarətdə dollardan tamamilə imtina ediblər.

Kuba Mərkəzi Bankının rəhbərinin sözlərinə görə,  ölkədə “Mir” kartlarının buraxılmasına ilk Havana başlayacaq. “Hazırda Kuba banklarında Rusiya kartlarının emissiyası üzərində iş gedir. Məsul orqanlar bunun üzərində ciddi işləyir. Biz bu prosesi necə yaxşı təşkil edə biləcəyimizi öyrənirik”, – Xuana Lilia Delqado Portal bildirib.

Qeyd edək ki, Rusiya və Kuba arasında hesablaşmalar qismən rublla aparılır. Eyni zamanda, Kubada Rusiyanın “Novikombank”ın filialı fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər