Kuba bankları nağd dollar qəbul etməyəcək

İyunun 21-dən Kubada fəaliyyət göstərən banklar müştəri hesablarına köçürmək üçün nağd ABŞ dolları qəbul etməyəcək.

TASS xəbər verir ki, bu barədə Kuba Mərkəzi Bankı qərar qəbul edib.

“ABŞ-ın Kubaya tətbiq etdiyi iqtisadi blokada nəticəsində ortaya çıxmış maneələri nəzərə alaraq, bu ölkənin əsginaslarının ölkənin bank sistemində müvəqqəti qəbul edilməməsi qərara alınıb”, – deyə qurumun bəyanatında qeyd olunub.

Xatırladaq ki, 1994-cü ildən Kubada 2 rəsmi valyutadan istifadə edilir. Bunlar adi pesos və ABŞ dollarını əvəz etmək üçün nəzərdə tutulmuş, konvertasiya olunan pesosdur. Hazırda vətəndaşlar 1 dolları 24 konvertasiya olunan pesosa dəyişdirə bilərlər. Bu il yanvarın 1-dən etibarən konvertasiya olunan pesonun dövriyyədən çıxarılmasına başlanılıb və Amerika valyutasının rəsmi məzənnəsi kimi 24 adi pesos müəyyən edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.