6 C
Baku
Saturday, December 14, 2024

Kuba haqqında maraqlı faktlar

Kubanın rəsmi adı – Kuba Respublikası (ispanca: República de Cuba), qeyri-rəsmi adı isə 1959-cu ildən Azadlıq Adasıdır. Kuba Karib dənizinin şimal sahillərində yerləşir. Bu, Vest-Hindin ən böyük adası hesab olunur.

Kubada orta ömür müddəti 77,45 ildir. Bu, totalitar rejimli ölkələr arasında ən yüksək göstəricidir. Kuba dünyanın ən yaxşı səhiyyə sistemlərindən birinə sahibdir, eləcə də bütün tibbi xidmət növləri pulsuzdur.

Kubada orta aylıq əməkhaqqı 12 dollardır, lakin dövlət yardımları kifayət qədərdir. Məsələn, işçilərə pulsuz geyimlər paylanır.

Kuba dünyanın ən yüksək milliləşdirilmiş iqtisadiyyatlarından birinə sahibdir. Kuba iqtisadiyyatının əsas hissəsini şəkər sənayesi təşkil edir.

Şəkər zavodları sutka ərzində 670 min ton şəkər qamışı emal edə bilir və ildə 10 mln ton şəkər istehsal edirlər.

Kubada kart sistemi fəaliyyət göstərir, məhsullar bütün ölkə üçün vahid norma əsasında verilir.

Süd dövlət tərəfindən 6 yaşınadək uşaqlara pulsuz olaraq paylanır. Əgər sizin uşağınız yoxdursa, onda südü ancaq bazardan ala biləcəksiniz.

1961-ci ildə Kubada savadsızlıq demək olar ki, ləğv edilmişdi. Hər yeddi Kubalı zəhmətkeşdən birinin ali təhsil diplomu var.

Kubada vahid mobil rabitə operatoru – Cubacel ticarət markası adı altında ETECSA şirkəti mövcuddur. Hazırda GSM 900, Havananın bir sıra rayonları və Varadero kurortunda isə GSM 850 standartı fəaliyyət göstərir.

Ölkədə təxminən 100 min minik avtomobili qeydiyyatdan keçib, onlardan 60 mini inqilaba qədər adada olan köhnə amerikan avtomobilləridir.

2003-cü ildə adada 2 internet provayder fəaliyyət göstərirdi. İnternet idarə və böyük otellərdə mövcuddur. Əcnəbilər üçün heç bir məhdudiyyət mövcud deyil.

Yalnız 2008-ci ildə Kuba sakinlərinə mobil telefon, kompüter və DVD-player, eləcə də 19 və 24 düym diaqonallı televizorlar, avtomobil siqnalizasiya sistemi və mikrodalğalı soba almağa icazə verilmişdi. Düzdü, bütün bunları isə yalnız konvertə edilə bilən valyuta ilə almaq olar.

Son xəbərlər
Digər xəbərlər