17 C
Baku
Monday, April 29, 2024

Kuba sahillərində sualtı şəhər

Bir zamanlar məşhur amerikalı mütəxəssis, Atlantik okeanının tədqiqatçısı Den Klark 1988-ci ildə bəyan edəndə ki, Kuba yaxınlığında qədim sivilizasiya qalıqlarını aşkar edib, hamı onu gülüş hədəfinə çevirir.

Amma ki, cəmi üç il sonra Kanada ekspedisiyası Quanahasibibes körfəzində, Kubanın qərb sahili yaxınlığında sualtı şəhərin qalıqlarını kəşf edirlər, şəhərin yaşının 8000 ildən çox olduğu güman edilir. Bundan sonra Klark demək olar ki, 10 il ərzində ekspedisiya üçün vəsait axtarır.
Nəhayət o, pul tapır, lakın suyun altında tapmış olduğu tapıntı onun özünü də qorxudur.

Den Klarkın tapıntısı Atlantida adlı sivilizasiyanın mövcudluğunu təsdiqləyir. Onun yer kürəsinin bir çox hissələrində yerləşən müxtəlif məntəqələri vardır.

— Atlantida Kubada, Azor adalarında, Malta və Kritdə idi.. belə bir areal ilk öncə insana qəribə görünə bilər, Amma Platon, Atlantidanın mövcudluğundan xəbərdar olan ilk şəxs – qeyd edirdi ki, dəniz tanrısı olan Poseydonun oğlanlarının yer kürəsinin 10 tərəfində yayılmış krallıqları var idi, mərkəz isə materikdə yerləşirdi. Klark ilk olaraq il boyu suyun isti olduğu yeri tapdı, şəhərin qalıqları isə dalğıcların üzə biləcəyi dərinlikdə idi. Klarkın ekspedisiya nəticəsində tapdığı sualtı abidə piramida şəkilli kompleksdir, onlar eyniliklə Mayya tikililərini təkrarlayır.

— Teotiuakan tikililəri ilə bizim suyun altında aşkarladığımız abidələr demək olar ki, əkizdirlər. Amma burada rəqəmlərlə bağlı dolaşıqlıq baş verir. Belə hesab olunur ki, Meksikan piramidalarının 2000 il yaşı var, sualtı abidənin yaşı isə hətta 12000-dən də çoxdur – Klark heç cür ağlına sığdıra bilmir. Mən hesab edirəm ki, mayyalıları köhnə sivilizasiyanın nailiyyətlərini ya təkrarlayıb, ya da ki, əvvəl tikilmiş bir abidəni rekonstruksiya ediblər.

Belə bir nəticəni o tapdığı digər bir sualtı tapıntıya görə irəli sürüb – 3,5 metr hündürlüyə malik insan skeleti. Klark əmindir ki, atlantlar məhz belə görünüblər. Ekspedisiyaya sponsorluq edən biznes-strukturlar nəhəng adamın skeletinin qalığını ekspedisiyaya çəkdikləri xərcin müqabilində təzminat kimi özlərinə götürürlər. İndi skeletin harada olması alimə məlum deyil.

atlantida

original

image9514797

podvodniy%20gers

Son xəbərlər
 ⁠
Digər xəbərlər