Kuba sakinləri bu gündən mobil internetə çıxış əldə edəcəklər

Kuba sakinləri bu gündən etibarən üçüncü nəsil (3G) kommunikasiya texnologiyası vasitəsilə mobil internetə çıxış əldə edəcəklər.

Banker.az Reporta istinadən xəbər verir ki, bunu barədə ETECSA-nın vitse-prezidenti Tanya Velasquez deyib.

“Qoşulma prosesi 8 dekabra qədər tədricən baş tutacaq. Hər bir abunəçi xidmətin aktivləşdirilməsini təsdiqləyən bir mesaj alacaq”, – deyə “Euronews” onun sözlərini sitat gətirib.