26 C
Baku
Saturday, April 20, 2024

Kubada 2-11 yaş arası uşaqların kütləvi vaksinasiyasına başlanılıb

Kuba həkimləri cümə axşamı günü ibtidai məktəb və məktəbəqədər uşaqları koronavirus əleyhinə peyvənd etməyə başlayıblar.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

Havannadakı tibb mərkəzlərindən birində bildirilir ki, uşaqların vaksinasiyası üçün yerli istehsal olan “Soberana 02” preparatından istifadə ediləcək.

Kuba Səhiyyə Nazirliyinin vurğuladığı kimi, sentyabrın 15-dən noyabrın 15-dək 2-11 yaşlı təxminən 1.1 milyon uşağın peyvənd edilməsi planlaşdırılır. Sentyabrın 5-dən noyabrın 5-dək 12-18 yaş arası 855 min yeniyetmə peyvənd olunması gözlənilir.

Hökumət vaksinasiyanın gənc nəsli infeksiyadan qoruyacağını, o cümlədən məktəblərdə təhsil prosesini tez bir zamanda bərpa etməyə kömək edəcəyini qeyd edir. Xatırladaq ki, hazırda Kuba məktəbliləri distant rejimdə təhsil alırlar.

Eyni zamanda sentyabrda hamilə qadınların vaksinasiya prosesi başa çatacaq. Ada hökuməti bu ilin sonuna qədər vaksinasiyanı yekunlaşdırmağı planlaşdırır.

Rəsmi məlumatlara görə, bu günə qədər Kubada 768 min nəfər koronavirusa yoluxub, onlardan 6523 nəfər ölüb, 730 min nəfər isə sağalıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər