27 C
Baku
Saturday, July 27, 2024

Kubada 43 ildən sonra Baş nazir seçildi

Kuba Parlamenti üzvləri hazırkı Turizm naziri Manuel Marrero Kruzu Baş nazir seçiblər.

“Press Latina”nın verdiyi xəbərə görə, aprel ayında Konstitusiyaya edilən dəyişikliklərdən sonra namizəd kimi göstərilən Merrero hazırkı seçkilərdən sonra 5 illik Baş nazir olacaq.

56 yaşlı Marrero turizm sahəsində böyük işlərə imza atıb.

Kubada 1976-cı ildə Fidel Kastro dövründə Konstitusiya dəyişikliyi edilmiş və Baş nazir vəzifələri Kuba Dövlət Şurası və Nazirlər Heyəti Sədrinə tapşırılmışdı. Bu o deməkdir ki, Kubada 43 ildən sonra ilk dəfə Baş nazir vəzifəsi bərpa edilib.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər