28 C
Baku
Tuesday, April 30, 2024

Kubada benzinin qiyməti 400% artırılacaq

Kubanın maliyyə və qiymətlər naziri Vladimir Reqeyro dövlət televiziyasının efirində bildirib ki, fevralın 1-dən benzinin qiyməti 400%-dən çox artırılacaq. Keyfiyyətdən asılı olaraq qiymət bir litr üçün 25 pesodan (0.2 dollar) 132 pesoya (1.1 dollar) və 30 pesodan (0.24 dollar) 156 pesoya (1.25 dollar) yüksələcək.

Bundan əlavə, xaricilərə benzin yalnız dollarla satılacaq. O cümlədən, ölkədəki 29 yanacaqdoldurma məntəqəsi ödəniş üçün yalnız dollar qəbul edəcək.

Bu qərarlar Kuba hakimiyyət orqanlarının büdcə kəsirinin azaldılması və xarici valyutanın cəlb edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin bir hissəsidir. Bundan əvvəl səlahiyyətlilər bəzi istehlakçılar üçün elektrik enerjisi və qazın qiymətlərinin artdığını açıqlamışdı. Rəsmi məlumatlara görə, Kubanın ÜDM-i 2023-cü ildə 2% azalıb, inflyasiya isə 30% təşkil edib. Kubalılar müntəzəm olaraq ərzaq, dərman, yanacaq, istehlak malları və s. çatışmazlığı ilə üzləşirlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər