Bu yer öz növündə yeganə yeraltı şəhərdir. Kuber-Pedi Avstraliyada ən kiçik yaşayış məntəqəsidir. 2008-ci il məlumatlarına görə, həmin ildə əhalinin sayı 2000 insan təşkil edir. Kuber-Pedi yeraltı şəhəri opal paytaxtı hesab edilir. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Burada ilk opal daşı 1849-cu ildə tapılmışdı.
İnsanların yer altında yaşamasına məcbur edən amillər güclü külək və yüksək temperatur olmuşdu. İnsanların sadəcə başqa çıxış yolları yox idi. Şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir.
Hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar. Yeraltı şəhər çoxsaylı turist cəlb edir. Burada nəinki yaşayış evləri, həmçinin kilsə və qəbirstanlıq da var.
Comments are closed.