26 C
Baku
Wednesday, June 19, 2024

Küçələrdən Forbes reytinqinə doğru: bəzi milyarderlərin həyat yolu

Dünyaca məşhur milyarderlərin bəziləri küçələrdən Forbes jurnalının tərtib etdiyi reytinqin ilk pillələrinə qədər yüksələ bilmişlər. Gün keçdikcə sərvət əldə etmək prosesi qəlizləşməyə doğru getsə də, bu tarixçələr sübut edir ki, həyatda ən ağır çətinliklərin belə öhdəsindən gəlmək və yeni, daha gözəl həyat yaratmaq mümkündür.

Gay Laliberte – bütün dünyaya öz sirkini nümayiş etdirmədən öncə Kanadada küçələrdə od məşəlini udmaqla tamaşaçı toplayırdı. Laliberte öz sirk karyerasını məhz küçədə başlayır. Akkordeon çalır, taxta ayaqlar üzərində gəzir, od udurdu. 1987-ci ildə o yeni fəaliyyətə başlayan truppanı Kuebekdən Los-Angelosdakı incəsənət festivalına gətirməyi risk edir və bu zaman geri dönməyəcəyini qəti olaraq qərara alır. Onun riski uğurlu alınır və sirk truppası Las-Veqasda qəbul edilir. Hazırda Laliberte məşhur Cirque du Soleil-in prezidentidir. Ümumi sərvəti isə 2,5 milyard dollara bərabərdir.

Con Pol Decoriya John Paul Mitchell Systems şirkətini yaradana qədər maşında yaşayırdı. Amerikaya gələn miqrantların ilk nümunələrindən olan Decoriyanın işləri elə də yaxşı getmirdi. Onun iki yaşı olduqda alman-italyan valideynləri boşanır və o 10 yaşına qədər ailəsinə kömək etmək üçün qəzet satırdı. Nəticədə Los-Angelosa onu qəyyumluğa götürən bir ailənin yanında yaşamağa göndərilir. O hərbi xidmətdən geri döndükdə 700 dollar kredit götürür və John Paul Mitchell Systems şirkətinin əsasını qoyur. O hər yerdə öz şampunlarını təklif edir, bu işlə məşğul olduğu müddətcə öz maşınında yaşayırdı. Onun məhsullarının keyfiyyəti şübhə doğurmurdu və indi onun şirkətinin illik dövriyyəsi 900 milyon dollar təşkil edir.

Ursula Berns bələdiyyənin kimsəsizlər ümün ayırdığı qəsəbədə yaşayırdı və hazırda Xerox şirkətinin sahibidir. Manhettendə İst Sayd quldur dəstələrinin məskunlaşdığı bir yer idi. Berns burada tənha anası ilə yaşayırdı. Onun anası uşaq bağçasında işləyirdi bə qızını katolik məktəbinə göndərmək üçün bütün günü burada paltar ütüləyirdi. Daha sonradan Berns Nyu-York universitetinə qəbul olur və burada təhsil alarkən Xerox şirkətində təcrübəçi olaraq işləməyə başlayır. Hazırda isə o Xerox şirkətinin direktorlar şurasının üzvü və şirkətin sədridir.

Hovard Schults da yoxsul məhəllələrdən birində yaşayırdı və hazırda Starbucks şirkətinə rəhbərlik edir. O Bruklində yaşayırdı. O hər zaman “sərhədləri aşmaq” və atasının təcəssüm etdiyi həyat tərzindən canını qurtarmaq istəyirdi. Onun atası yük maşınının sürücüsü idi. Yoxsulluğa baxmayaraq, o idmanda irəli gedir və Şimali Miçiqan universitetinin futbol təqaüdünü əldə edir. Kommunikasiya sahəsində diplom əldə edən Schults Starbucks adlı kiçik coffee shop açmadan öncə Xerox şirkətində işləyir. 1987-ci ildə Starbucks şirkətinin icraçı direktoru olmaq üçün Xerox şirkətindən gedir. Yaradıldığı ilk dövrdə cəmi 60 mağazaya sahib olan Starbucks hazırda dünya üzrə 16 min ticarət nöqtəsinə sahibdir ki, bu da Schults-a 1,1 milyard dollar həcmində sərvət qazandırıb.

İnqvar Kamprad İsveçdə kiçik bir kənddə dünyaya gəlib. O poçt ilə sifariş biznesi yaradır və bu biznes daha sonradan IKEA şirkətinə çevrilir. Mebel IKEA şirkətinin ən çox tələb olunan məhsuluna çevrilir. Çünki o yerli istehsalatdan istifadə edirdi. Bir zamanlar planetin ən varlı insanları sırasında olan Kampradın sərvəti indi azalıb. Onun cari sərvəti 6 milyard dollar təşkil edir.

Coan Roulinq “Harry Potter” əsərini yaradana qədər sosial müavinət hesabına yaşayırdı. 1990-cı ildə yenicə boşanan Roulinq sosial təminatla yaşayırdı. Hazırda isə onun sərvəti təqribən 1 milyard dollar təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər