14 C
Baku
Saturday, November 23, 2024

Küçə ticarəti ilə məşğul olanlar satdığı mala görə gələn ildən elektron alış aktı verməlidirlər

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qüvvəyə minərsə 2020-ci ildən sahibkar olmayan vətəndaşdan alınan malların rəsmiləşdirilməsi elektron alış aktı ilə həyata keçiriləcək.

Bu günə kimi həllə elektron kassa, markalanma üçün texniki baza formalaşmayıb, burda ola bilər ki, vergi ilinin sonuna kimi bu da yekunlaşmaya.  Misal üçün Vergilər Nazirliyindən bildirirlər ki, elektron kassa işinin yekunlaşmamasının səbəbi Nazirlər Kabinetinə təsdiq üçün verilən sənədlərin ləngidilməsidir. 

Əslində elektron alış aktı çox yaxşıdır. Amma buna əhali hazırdımı???

Maddəni misalla izah edək: “A” MMC və A fiziki şəxs bazardan və ya küçə ticarəti ilə məşğul olan şəxsdən ( bura fərdi istehlak istisnadır) mal alır. Həmin malı satan şəxs 5 gün müddətinə satdığı malın siyahısını elektron alış aktında qeyd edərək onu çap edib və imzalayıb  “A” MMC-yə və A fiziki şəxsə göndərməlidir. Elektron alış aktı göndərən şəxslərlər kağız daşıyıcıda alış aktı tərtib etmir. 

71.2.1.  və 71.2.2 maddələrdən aydın olur ki, həm elektron həm də kağız daşıyıcıda alış aktı istifadə olunacaq. Lakin elektron verən kağız daşıyıcıda alış aktı tərtib etməyəcək və ya əksinə. 

“Maddə 71-2. Malların alış aktı

71-2.1. Hüquqi və fiziki şəxslər tərəfindən təsərrüfat fəaliyyəti məqsədləri üçün (fərdi istehlak istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən elektron alış aktı tərtib edilir.

71-2.2. Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.”;

 

İqtisadçı-ekspert  Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər