Hindistanın paytaxtı Yeni Delhidə bir qrup küçə uşağı bir araya gəlib öz banklarını yaratdı.
Paytaxtın Fatehpuri bölgəsində yaşayan küçə uşaqları tərəfindən yaradılmış və idarə olunan bankın müdiri də bir uşaq. 13 yaşındakı Sonunun müdiri olduğu Uşaq İnkişaf Bankı, “Butterflies” (Kəpənəklər) adlı uşaq hüquqları təşkilatının verdiyi dəstəklə qurulmuşdur. 9-18 yaş arası uşaqların üzv ola bildiyi banka, uşaqlar 1 funt qədər az məbləğlərdə pul qoya bilir. Aldıqları faiz nisbəti isə 3.5% olur. Bankın əsas prinsipi isə “qaydaları qoyub qərarları verənin” uşaqlar olmasıdır. Ancaq böyüklər “məntiqi” mövzularda uşaqlara zaman zaman dəstək verir.
Sonu müdir olmasının hekayəsini və bankın məqsədini belə izah etdi: “Evdən qaçmışdım. Küçələrdə çay satırdım. Daha sonra bəzi könüllülərlə qarşılaşdım. Mənə bu bankdan bəhs etdilər. İndi həm məktəbə gedirəm həm də bank müdiriyəm. Küçə uşaqları banka qoyduqları pulu, yemək və ya geyim şeylər almaları lazım olduğunda istədikləri zaman çıxarda bilir. Bank həftənin 7 günü açıqdır.”
Küçə uşaqlarına təhsil, sığınacaq və dolanışıq dəstəyi təqdim edən Butterflies təşkilatının program koordinatoru Shashidhar Sabnavis isə “Küçə uşaqları, bizə gəlib pullarını itirdiklərindən şikayət edirdi. Ya da pullarını boş yerə xərclədiklərini deyirdilər. Təbii ki, biz də təşkilat olaraq küçə uşaqları üçün bir bank qurma proyektini inkişaf etdirdik” deyə bildirdi.
Qatar stansiyalarında su satan 14 yaşındakı Sheru, “bankın daimi müştərilərindəndir. Sheru, “qazandığım bütün pulu öz hesabıma qoyuram. Çox pul yığdım. Böyüyəndə fotoqraf olmaq istəyirəm. Bir gün fotoaparat ala bilməyi ümid edirəm” deyə söyləyib.
Ecolifejurnal