“KuCoin” lisenziyasız pul köçürmə əməliyyatlarını həyata keçirdiyini etiraf edib və mübahisəni həll etmək üçün ABŞ səlahiyyətliləri ilə barışıq sazişi bağlayıb. Prokurorların sözlərinə görə, “KuCoin” 2023-cü ilin avqust ayına qədər birjada şəxsiyyət yoxlamasından (KYC) keçmədən ticarət imkanlarını təşviq edib və çirkli pulların yuyulmasına qarşı nəzarəti həyata keçirə bilməyib, bu da milyardlarla dollarlıq şübhəli əməliyyatların baş verməsinə səbəb olub.
“KuCoin” ABŞ-də yaşayan təxminən 1.5 milyon istifadəçiyə xidmət göstərir və onların köçürmələrindən 184.5 milyon dollar “qazanıb”. Tranzaksiyaların bəziləri “darknet” ticarəti fırıldaq sxemləri və zərərli proqramlar vasitəsilə həyata keçirilib.
Həmtəsisçilər qanunu pozmaq niyyətlərinin olmadığını vurğulayıblar. “KuCoin” bildirib ki, digər bazarlarda əməliyyatlar həmişəki kimi davam edəcək və barışıq razılaşması yalnız onun təhlükəsizlik, innovasiya və uyğunluğa sadiqliyini təsdiqləyəcək.
Qeyd edək ki, “KuCoin” “Coinmarketcap”də ən böyük kriptobirjalar siyahısında 8-ci yerdədir. Aqreqator digər şeylər arasında trafiki, ticarət həcmini və likvidliyi nəzərə alır. Son məlumata görə, “KuCoin” birjasının yerli tokeni bir gündə 13.8% artıb və 14.05 dollar səviyyəsinə çatıb.