8 C
Baku
Monday, November 18, 2024

Kuleba AEBA-nı Ukraynaya ekspertlər göndərməyə çağırıb

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossini Ukraynaya dəvət edib.

Bu barədə Dmitri Kuleba Twitter-də bildirib.

“Rafael Qrossi ilə telefon söhbətim zamanı mən AEBA-nı Rusiyanın aldadıcı şəkildə çirkli bomba hazırladığını iddia etdiyi Ukraynadakı dinc obyektlərə təcili olaraq ekspertlər göndərməyə çağırdım. O, razılıq verdi. Rusiyadan fərqli olaraq, Ukrayna həmişə şəffaf olub və belə olaraq qalır. Bizim gizlətməyə heç nəyimiz yoxdur”, – Kuleba vurğulayıb.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər