Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynaya mütəxəssislər göndərəcək.
Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.
“Mən AEBA-nın direktoru Rafael Qrossinin bizim dəvətimizə cəld reaksiyasını qiymətləndirirəm. AEBA-nın mütəxəssislərin tezliklə ölkəmizə gələrək, Ukraynada nə “çirkli bomba”ların, nə də onları inkişaf etdirmək planlarının olmadığını sübut edəcəyi gözlənilir. AEBA və tərəfdaşlarla yaxın əməkdaşlıq bizə Rusiyanın “çirkli bomba” dezinformasiya kampaniyasının qarşısını almağa imkan verir”, – Kuleba bildirib.