9 C
Baku
Monday, November 18, 2024

Kuleba Afrikaya səfərini yarıda dayandıraraq təcili Kiyevə qayıdıb

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Afrika turunu yarıda dayandıraraq təcili Kiyevə qayıdıb.

O, bu barədə tviterdə yazıb.

Nazir bildirib ki, buna səbəb Rusiyanın paytaxt Kiyevə və digər vilayətlərə raket hücumudur.

“Qarşı tərəfin hücumlarına cavab vermək üçün səhər saatlarından etibarən tərəfdaşlarla əlaqə saxlayıram”, – D.Kuleba qeyd edib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər