27 C
Baku
Tuesday, July 16, 2024

Kuleba britaniyalı həmkarı ilə Rusiyanın terrorçu dövlət kimi tanınmasını müzakirə edib

Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə britaniyalı həmkarı Ceyms Kleverli arasında telefon danışığı olub.

Bu barədə Kuleba tviterdə yazıb.

O bildirib ki, Britaniya Ukraynaya dəstəyini gücləndirəcək.

“Bizə hava hücumundan müdafiə sistemlərinin lazım olduğunu, Rusiyanın terrorçu dövlət kimi tanınmasının zəruriliyini diqqətə çatdırdım. Ukrayna Rusiyanın raket zərbələrinə müqavimət göstərəcək”, – nazir yazıb.

Kuleba bildirib ki, heç nə Ukraynanın iradəsini sındıra bilməz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər