26 C
Baku
Saturday, April 27, 2024

Kuleba: “Çinin Rusiyanı atəşkəsə çağıracağına ümid edirik”

Ukrayna hökuməti ümid edir ki, Çin Rusiyanı atəşkəsə çağıracaq.

Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Sinxua” agentliyinə müsahibəsində deyib.

“Ümid edirik ki, Çin vəziyyətin gərginləşməsinin qarşısını almaq mövqeyindən çıxış edəcək və Rusiyanı atəşkəsə çağıracaq”, – nazir qeyd edib.

Kuleba bildirib ki, Budapeşt Memorandumu real təhlükəsizlik gətirməyib və buna görə də Ukrayna alternativ axtarır.

“Hazırda Ukrayna BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən, o cümlədən Çindən və digər böyük dövlətlərdən təhlükəsizlik zəmanəti almaq imkanlarını öyrənir. Çin Xalq Respublikasına çox güvənirik”, – Kuleba vurğulayıb.

Ukraynalı nazirin sözlərinə görə, bu, sülhün qorunması və gələcək humanitar fəlakətlərin qarşısının alınması üçün mühüm tədbir olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər