32 C
Baku
Thursday, June 13, 2024

Kuleba: “Heç bir ölkə bu əməliyyatda iştiraka hazır olduğunu deməyib”

“Hələ ki heç bir ölkə Qara dənizdə Ukrayna taxılı yüklü gəmilərin müşayiət olunması üçün öz hərbi gəmilərini göndərməyə hazır olduğunu bildirməyib”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, dəniz limanlarının işləməsi üçün digər ölkələrin hərbi gəmilərinin patrul xidməti həyata keçirməsi zəruridir: “Hələ ki heç bir ölkə bu əməliyyatda iştirak etmək üçün öz hərbi gəmilərini göndərməyə hazır olduğunu bəyan etməyib”.

Kuleba qeyd edib ki, Ukrayna üçün bu ölkənin kənd təsərrüfatı məhsullarını daşıyan gəmilərin təhlükəsizliyi çox vacibdir.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər