10 C
Baku
Friday, October 25, 2024

Kuleba: “Rusiya neft və qazdan gələn gəlirlə müharibəni davam etdirir”

“Donbas uğrunda döyüşlər davam edir, Rusiya bütün növ silahlardan istifadə edərək bizim mövqelərimzə zərbələr endirir”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba canlı yayımda deyib.

“Əgər biz indi əldə etdiyimiz silahları həftələr öncə əldə etsə idik indi daha yaxşı mövqedə olardıq, daha çox əsgərimizin həyatını xilas edərdik”, Dmitri Kuleba deyib.

Mariupoldakı vəziyyətlə bağlı danışan Dmitri Kuleba bildirib ki, “Azovstal” hələ də Ukraynanı nəzarətindədir və Rusiyaya təslim olmayıb. “Rusiya havadan zərbələr endirir. Biz BMT-nin köməyi ilə mülki vətəndaşalrın bir qismini təxliyyə edə bilmişik ancaq hələ də orada qalan mülki vətəndaşlarımızın həyatı risk altındadır.

Rusiya raketləri Ukraynanın müxtəlif nöqtələrinə atılır, Ukraynanın istənilən nöqtəsi Rusiya üçün hədəfdir”, Ukrayna XİN başçısı deyib.

Nazir Kuleba qeyd edib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi davam etməlidir. “Sanksiyaların yarısı artıq tətbiq olunub. Aİ sanksiyalar tətbiq edir, Ukraynaya maliyyə dəstəyi verir amma eyni zamanda Rusiyadan qaz alaraq müharibə maşının hərəkətinə töhvə verir. Rusiya qaz və neftdən gələn gəlirlər vasitəsilə müharibəni davam etdirir”.

Ukraynalı nazir bildirib ki, Aİ çərçivəsində Rusiyadan neft idxalına embarqoya etiraz edən Aİ üzvü “Ukraynada törədilən qırğın və terrorda Rusiya ilə eyni məsuliyyəti bölüşür , Nöqtə!”.

 

 

Son xəbərlər
Digər xəbərlər