5 C
Baku
Saturday, December 14, 2024

Kuleba: “Rusiya “taxıl razılaşması”nı poza bilər”

Rusiya noyabrda “taxıl razılaşması”nı pozmağa cəhd edə bilər.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Bildirib ki, Ukrayna artıq BMT, Türkiyə və Ukraynanın kənd təsərrüfatı məhsullarını qəbul edən ölkələrlə Rusiyanın razılaşmanı pozmaması üçün əməkdaşlıq edir.

“İndi yox, lakin noyabrda, razılaşmanın başa çatdığı vaxtda biz Rusiyanın ondan imtina etmək və onu pozmaq səylərini görəcəyik. Bu məqsədlə biz artıq bu razılaşmanın vasitəçiləri kimi BMT, həmçinin Türkiyə kimi əsas oyunçularla, bizim kənd təsərrüfatı məhsullarımızı qəbul edən ölkələrlə işləyirik ki, bu gecikmə baş verməsin”, – deyə Kuleba bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər