14 C
Baku
Şənbə, May 21, 2022

Kuleba: “Ukrayna Rusiyaya qarşı sanksiya və embarqonun genişləndirilməsini istəyir”

“Ukrayna Rusiyaya qarşı tam qaz və neft embarqosunun tətbiq edilməsinə, bütün Rusiya banklarının SWIFT ödəniş sistemindən çıxarılmasını, limanların Rusiya gəmilərinin və məhsullarının üzünə bağlanmasına təkid edir”.

Banker.az bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

“Ötən həftə sanksiya təklifləri xeyli yumşaq idi. Biz bundan çox narazı idik. Sanksiya təzyiqinin gücləndiriləcəyinə əmin olmaq üçün G7 və Aİ-dən olan tərəfdaşlarımızla işlədik. Bu baxımdan uğur əldə etsək də, 100%-lik uğura nail olduğumuzu deyə bilmərəm”, – Kuleba NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilmiş görüşdən sonra təşkil edilmiş brifinqdə bildirib.

Son xəbərlər
Oxşar xəbərlər