7 C
Baku
Thursday, December 12, 2024

Kuleba: “Ukraynaya yardım Avropanın təhlükəsizliyinə investisiyadır”

“Ukraynaya hərbi yardım xeyriyyəçilik deyil. Əksinə bu, Avropanın uzunmüddətli təhlükəsizliyinə vacib investisiyadır”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “New York Times” üçün yazdığı “Putin dayandırılmalıdır” adlı məqaləsində bildirib.

Ukrayna xarici işlər naziri deyib ki, onun ölkəsinin hərbi qüvvələri Avropanın 1945-ci ildən bəri yaşadığı ən böyük quru müharibəsindən qitənin ən bacarıqlı ordularından biri kimi çıxacaq və Rusiyanın işğalını dəf etdikdən sonra özünü Avropanın təhlükəsizliyini və sabitliyini, eləcə də demokratiyanı istənilən avtoritar təcavüzdən qorumağa həsr edəcək.

Rusiyaya tətbiq olunan sanksiyalarla bağlı şübhələr barədə o bildirib ki, onlar kifayət qədər təsirlidir: “Rusiyanın sanksiyaların aradan qaldırılması müqabilində Ukrayna limanlarının blokadasından imtina etməsi təklifi, bu sanksiyaların aradan qaldırmaq üçün israrlı cəhdləri onların effektivliyinin ən yaxşı sübutudur”.

Xalqların rifahına zərər vermək üçün Rusiyanın enerji və ərzağı silah kimi istifadə edərək qlobal qiymətləri bilərəkdən artırdığını qeyd edən nazir Kuleba sanksiyaların gücləndirilməsinin bu cür davranışa son qoymağın ən yaxşı yolu olduğunu öz məqaləsində vurğulayıb.

O, qlobal dəstəklə Ukraynanın artıq cəbhə xəttini stabilləşdirdiyini və hazırda Rusiyanın işğal etdiyi ərazilərə, ilk növbədə strateji əhəmiyyətli cənuba nəzarəti bərpa etməyə hazırlaşdığını bildirib.

“Düzdür, Rusiyanın artilleriya sahəsində böyük üstünlüyü səbəbindən Luqansk bölgəsində ərazilər itirdik. Lakin biz ABŞ və digər tərəfdaşlar tərəfindən təchiz edilmiş ağır silahlar sayəsində yavaş-yavaş, lakin davamlı şəkildə irəliləyirik. Son həftələrdə Rusiya heç bir ciddi nailiyyət əldə edə bilməyib. Biz vəziyyəti öz xeyrimizə çevirmək və Rusiya qüvvələrini torpaqlarımızdan sıxışdırmaq əzmindəyik.

Bu ruhda biz tərəfdaşlarımızı Ukraynaya verdikləri dəstəyini artırmağa və Rusiyanın saxta sülh təkliflərini rədd etməyə çağırırıq. Rusiya təbliğatının gücləndirdiyi, “müharibə yorğunluğu” adlanan nağıllara əhəmiyyət verilməməlidir. Hər müharibə yorucudur, amma biz dözməliyik. Məğlubiyyətin nəticəsi – əzilmiş Ukrayna, parçalanmış Qərb və dirçəlməkdə olan Rusiya – çox yüksəkdir”, – Ukrayna XİN başçısı vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər