19 C
Baku
Thursday, April 25, 2024

Külli miqdarda siqaretin ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıqla mübarizə fəaliyyətləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Banker.az”a verilən məlumata görə, aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaçmışlar.

Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən 8 380 qutu (4330 qutu “Marlboro” və 4050 qutu “KENT” markalı) siqaretləri aşkar olunaraq götürülmüşdür.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər