Bu gün Bakı Ağır Cinayət Məhkəməsində qaçaqmalçılıq yolu ilə Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaqda təqsirləndirilən Karanaev Nurmaqomed Maqomedtaqiroviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Banker.az bildirir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin edilib.
Qeyd edək ki, bu ilin yanvar ayında qeydə alınmış hadisə ilə bağlı Dövlət Gömrük Komitəsi rəsmi məlumat yayıb.