11 C
Baku
Monday, November 25, 2024

“Kupça”lar ASAN xidmət mərkəzlərində veriləcək

Fevral ayının  22-dən başlayaraq mənzillərin ilkin və təkrar qeydiyyatına dair arayışlar, yəni kupçalar Əmlak məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən  ASAN xidmət mərkəzlərində veriləcək. 

Komitənin sədri Kərəm Həsənovun sözlərinə görə,  kupçalar nəinki ASAN xidmətdə, həm də  Əmlak məsələləri komitəsinin özündə də vətəndaşlara veriləcək. Sədr həm də bildirib ki,  “yaxın gələcəkdə isə forma bir arayışları artıq onlayn qaydada veriləcək. Artıq  Ədliyə Nazirliyində bu məsələylə bağlı hazırlıqlara da başlanıb. Ədliyyə nazirliyi mart ayının 3-də bizə şərait yaradacaqdır ki, onlayn rejimində vətəndaşlara xidmətlər göstərilsin”.

Əlbəttə ki, belə bir sənədlərin onlayn qaydada verilməsi həm şəffaflıq, həm də vaxt itkisi baxımından vətəndaşlar üçün bir töhfə olacaq.

Son xəbərlər
Digər xəbərlər