Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı çıxarışlar yalnız elektron şəkildə veriləcək.
Banker.az Fed.az-a istinadən xəbər verir ki, bu «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanuna ediləcək dəyişikliklərdə nəzərdə tutulub.
Qanun layihəsində daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi, çıxarışların kağız formada təqdim olunması prosedurunun tamamilə aradan qaldırılması, onların yalnız elektron üsulla təqdim olunması ilə bağlı müddəalar əks olunub.
Layihəyə əsasən, dövlət reyestrindən çıxarışlar elektron imza ilə təsdiqlənməklə hüquq sahibinin istəyindən asılı olaraq “Elektron hökumət” portalında yerləşdiriləcək və ya digər elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə təqdim olunacaq.