“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Providense Doyç” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt avtomobil yolunun 19-cu kilometrindəki (diametri 1400 mm, uzunluğu 800 m) hissəsinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 949 077 manatdır.