6 C
Baku
Sunday, December 15, 2024

Kürdə suyun səviyyəsi yenidən azalıb

Kür Qıraqkəsəmən müşahidə məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 385 sm-dir. Bu da dünənki müşahidə ilə müqayisədə 6 sm azdır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib. Digər məntəqələrdən verilən məlumat isə belə olub:

Qudyalçay Xınalıq məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, suyun səviyyəsi 59 sm-dir. Bu da dünən axşam saatları ilə müqayisədə 1 sm azdır. Qudyalçay Qımıl məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 51 sm-dir. Bu da dünən axşam saatları ilə müqayisədə 1 sm az olub.

Vəlvələçay Təngəaltı məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 96 sm-dir ki, bu da axşam saat 20:00 ilə müqayisədə 6 sm çoxdur.

Dəstəfuçay Qaraqollar müşahidə məntəqəsinin bu gün səhər saatlarına olan məlumatına görə, çayda suyun səviyyəsi 33 sm-dir ki, bu da dünənki müşahidə ilə müqayisədə 1 sm çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər