24 C
Baku
Friday, April 26, 2024

Kürdəmirin Sığırlı kəndində koronavirusa görə iaşə obyektləri bağlanıb

Kürdəmir rayonunun Sığırlı kəndində çayxana, restoran və digər iaşə obyektləri bağlanıb.

Son günlər rayonun Sığırlı kənddə insanlar arasında koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə rayonun müvafiq orqanları tərəfindən zəruri tədbirlər görülür. Yerli sahibkarlar da bu məqsədlə heç bir müdaxilə olmadan obyektlərini müvəqqəti bağlanmasına qərar veriblər.

Kürdəmirdə son gün virusa 5 nəfər yoluxub. Onlardan 4-ü Sığırlı kəndinin sakinləridir. Beləliklə, Kürdəmirin Sığırlı kəndində koronavirusa yoluxanların ümumi sayı 25-ə çatıb. Rayonda virusdan daha 12 nəfər sağalıb. Bu günə kimi rayonda 71 nəfərdə virus aşkarlanıb ki, onlardan 31-i sağalaraq evə buraxılıb. Kürdəmirdə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər