-3 C
Baku
Sunday, December 15, 2024

Kurt Vonnegut – “müqəddəs vecsiz dahi”

Kurt Vonnegut öz hekayələr toplusunun ön sözündə özünü belə təsvir etmişdir: “Mən 1949-cu ildən yazıram. Hər şeyi özüm öyrənmişəm. Mənim ədəbiyyatla bağlı digərləri üçün faydalı olacaq heç bir nəzəriyyəm yoxdur. Yazdıqda, sadəcə özüm oluram. Boyum iki 6 fut, iki düym, çəkim təqribən 200 funtdu. Yöndəmsiz hərəkətlərim var, lakin yaxşı üzürəm. Budur, bütün mənliyimlə mən. Bütün bunların əvəzində mən suda mükəmmələm.

Onun atası məşhur memar, anası isə pivə milyonçusu ailəsindən idi. Və bununla da aydın olur ki, o öz əsərlərində dəlisov oliqarxlar sürətlərini yaradarkən kimdən nümunə götürüb. “Böyük depressiya” baş verməsəydi o özü də milyonçu olacaqdı.

İkinci dünya müharibəsi zamanı Vonnegut şəhərin amerikan və ingilis təyyarələri ilə bombalandığı zaman Drezdendə idi. Bu zaman 135 min insan öldürülmüşdü və bu hadisədən sonra Kurt öz məşhur “5 nömrəli soyqırım, yaxud uşaqların xaç yürüşü” romanını yazmışdı.

Onun fəaliyyət göstərdiyi sahələrə isə bunlar aid idi: o “Ceneral Electric” şirkətində PR meneceri işləmiş, əqli zəiflər üçün olan məktəbdə ingilis dili dərsini tədris etmiş, reklam mətnləri yazmış, “Saab” şirkətinin ilk dilerlərindən biri olmuşdur. Bütün bu işlərin arasında o jurnallara öz yazılarını göndərirdi.

Vonnegut öz kitablarında kimi istəsə qorxmadan, çəkinmədən lağa qoyurdu. Onun yaradıcılıq metodu bundan ibarət idi – hətta ən böhranlı və faciəvi vəziyyətlərdə belə o hər şeyi gülüşlə təsvir edirdi. Onun kitablarından 10-u ekranlaşdırılmışdı. O deyirdi: “İki yazıçı var ki, onlar bütün ömrü boyu Hollivuda minnətdar olmalıdır. Onlardan biri – “Küləklə sovrulanlar” kitabının müəllifi Marqaret Mitçell, ikincisi isə mənəm”.

Kurt Vonnegut bütün həyatı boyu yazıçılıqla yanaşı, digər iki şeylə də məşğul olurdu. Bunlar “Pall Mall” siqaretləri və rəssamlıq idi. Ümumilikdə onun rəsmləri düşünmə prosesinin ayrılmaz tərkib hissəsi idi. Məsələn, “Çempionlar üçün səhər yeməyi” kitabının üz qabığındakı şəkli o öz əlləri ilə adi flamasterlər vasitəsilə yaratmışdı.

O deyirdi: “Mən bütün həyatım boyu rəsmlər çəkirəm, lakin onları heç kimə göstərmirəm. Bu xoşagələn məşğuliyyətdir. Oxuyun, rəqs edin, yazın, şəkil çəkin, musiqi alətində ifa edin və vacib deyil ki, bütün bunlar sizdə yaxşı alınsın. Bununla siz ruhunuzu inkişaf etdirirsiniz”.

Onun siqaret çəkməsinə isə gəldikdə artıq 82 yaşı olan yazıçı «Rolling Stones» jurnalına verdiyi müsahibəsində demişdi: “ “Pall Mall” siqaretləri istehsal edən şirkəti məhkəməyə vermək və onlardan milyardlarla dollar təzminat almağa hazırlaşıram. 12 yaşımdan etibarən mən ard-arda filtrsiz bu siqaretləri çəkməyə başlamışam. Qutunun üzərində bunun məni tezliklə öldürəcəyi yazılmışdı. Bəs nə oldu? 82 yaşıma qədər yaşadım. Çox sağolun, pis yalançılar!”.

Yazıçı 11 aprel 2007-ci ildə aldığı kəllə-beyin travması səbəbindən dünyasını dəyişmişdir. Ölümündən bir il əvvəl Edinburqun «The Sunday Herald» qəzetində yazıçı öz oxuyucularına müraciətlə demişdir:

 “Hökumətimizin bu qədər rüşvətxor, rəhimsiz və tamahkar olduğu bir vaxtda bizim ən böyük biznesimiz – dini və xeyriyyə təşkilatı olan mətbuatımızdır. Nə vaxtsa ölsəm – təbii ki, Allah eləməsin!, xahiş edirəm ki, qəbrimin üzərində bu yazı həkk olunsun: “Tanrının varlığını kifayət qədər sübut edəcək bir şey varsa, o da musiqidir”.

Son xəbərlər
Digər xəbərlər