16 C
Baku
Sunday, October 6, 2024

Kurt Vonnequt-un “yerdəyişmə planı”

İndiana Bell Telephone Company 1920-ci ildə İndianapolisdə 5 telekommunikasiya şirkətinin birləşdirilməsi nəticəsində yaradılmışdı. Abonentlərin sayı gündən-günə artırdı və onunla birlikdə mərkəzi aparatın əməkdaşlarının sayı da artmaqda idi. Nəticədə 1860-1870-ci illərdə Meridian-streetdə inşa edilmiş binanın 1929-cu ildə sökülməsinə və onun yerində daha tutumlu binanın inşa edilməsinə qərar verilir. Lakin bu ofis binasında memarlıq-inşaat şirkətinin yaradıcısı Kurt Vonnequt-un belə desək söz haqqı var idi.

Nəticədə belə bir qərar verilir: 11000 tonluq 8 mərtəbəli bina başqa bir yerə köçürülsün. Indiana Bell şirkətinin bu zaman irəli sürdüyü şərt bina köçürülərkən onun daha sonradan istifadə edilməsinə yararlılığı qorunub saxlanacaqdı. Hidravlik qaldırıcılar vasitəsilə bina şam ağaclarından hazırlanmış lövhələrə yüklənir. İlk olaraq bina 15 metr cənuba “itələnir”, 90 dərəcə çevrilir və 30 metr qərbdə yerləşdirilir.

Bu yerdəyişmə əməliyyatı 1930-cu ildə 12 oktyabrdan 14 noyabra qədər davam edir. Bütün bu zaman ərzində isə orada 170 000 abonentə xidmət göstərən 600 əməkdaş öz işinə davam edirdi. Ofis binası kabel və elastik borular vasitəsilə elektrik, qaz və su ilə təmin edilirdi və eyni zamanda binada istilik sistemi, kanalizasiya və hətta liftlər öz funksiyasını yerinə yetirirdi. Qeyd edək ki, bu bina bütün dövlər üçün yerini dəyişmiş olan ən böyük tikili adına sahibdir.

Son xəbərlər
Digər xəbərlər