İŞİN MƏQSƏDİ
Departamentin daxili müştərisi olan Bankın bütün əməkdaşlarına və müştərilərinə yüksək keyfiyyətli, nəzakətli və səmərəli kuryer xidməti göstərilməsini təmin etmək.
İŞÇININ VƏZIFƏSI:
• Departamentin daxili müştərisi olan Bankın bütün əməkdaş və müştərilərinə yüksək keyfiyyətli müştəri xidməti göstərərək onları nəzakətli və səmərəli kuryer xidməti ilə təmin etmək;
• PAŞA Bankın daxili qaydalarına hər zaman riayət etmək;
• Komandanın tam effektiv və fəal üzvü olmaq;
TƏLƏBLƏR:
• Orta ixtisas və ya Ali təhsilin olması;
• Azərbaycan dlində yüksək səviyyədə yazı və şifahi bacarıqların olması;
• Məsuliyyətli və işində dəqiqlik;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 9 iyul 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində nəzərə almaqla “Kuryer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.