7 C
Baku
Thursday, December 12, 2024

Kuryer xidməti ilə məşğul olan fiziki şəxs vergi verməlidir?

Kuryer xidməti ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi nədən ibarətdir?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu fəaliyyətlə məşğul olan şəxs əvvəlcə yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir.

Həmçinin Vergi Məcəlləsinin müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergiödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ saxlanılır.

Sadələşdirilmiş vergiödəyicisi rüb ərzində əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Gəlir vergisi tətbiq edildiyi halda isə əldə olunan gəlirdən fəaliyyətə uyğun olaraq müvafiq qaydada bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisi bəyannaməsi” vergi orqanına təqdim edilir. Eyni zamanda, fiziki şəxs mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200 min manatdan yuxarı olmayan şəxslər) əldə etdiyi gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti tətbiq ediləcək.

Bununla yanaşı, vergiödəyiciləri uçotda olduqları vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər